Yerli fermerlərin məhsulları xeyriyyə yarmarkasında sərgilənir - FOTOLAR

Yerli fermerlərin məhsulları xeyriyyə yarmarkasında sərgilənir - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi “Şəhərdən Kəndə” və AFAQ layihələri “YayLand Fest” xeyriyyə yarmarkasında iştirak edir.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, "Şəhərdən Kəndə” adı altında fəaliyyət göstərəcək evdə müxtəlif bölgələrdən layihələrə qoşulan fermerlər qonaq olacaq. AFAQ-çı xanım fermerlərin və “Şəhərdən Kəndə” aqroturizm layihəsinə qoşulan təsərrüfatların istehsal etdikləri təbii və orqanik məhsullar (kompot, mürəbbə, turşu, arıçılıq məhsulları, quru meyvələr və s.) stenddə sərgilənəcək, məhsulların dequstasiyası və satışı həyata keçiriləcək. Həmçinin stenddə aqroturizm təsərrüfatlarının təqdimatı da baş tutacaq. Növbəlilik əsasında müxtəlif regionlardan dəvət olunan fermerlər ziyarətçilərə öz təsərrüfatları barədə geniş məlumat verəcəklər.

 

“YayLand Fest” xeyriyyə yarmarkası mayın 1-dən Fəvvarələr meydanında təşkil olunub və mayın 15-nə qədər davam edəcək.

 

“Şəhərdən Kəndə” ölkəmizdə aqroturizmin inkişafı, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılması məqsədilə icra olunan layihədir. Bu günə qədər layihəyə qoşulmaq üçün 200-dən artıq müraciət daxil olub. Baxış keçirilən 169 fermer təsərrüfatından 122-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihə çərçivəsində yerli və əcnəbi mütəxəssislərin keçirdiyi təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. 15 təsərrüfatda isə yenidənqurma və abadlaşdırma işləri aparılıb, təsərrüfatlara aktivlərlə dəstək göstərilib.

AFAQ layihəsi isə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Bu günə qədər layihəyə 1100-ə yaxın müraciət daxil olub, 181 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 151 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 202 qadın fermer nəzəri və praktik təlimlərdə iştirak edib.

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı