Kənd Təsərrüfatı Nazirliyi 312 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsahibə - ELAN EDİB

Kənd Təsərrüfatı Nazirliyi 312 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsahibə - ELAN EDİB

Kənd Təsərrüfatı Nazirliyi sistemində dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının B növündə - 225 vakant vəzifə üzrə 233 yer, dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının A növündə - 79 vakant vəzifə üzrə 79 yer namizədlərin müraciətləri üçün mayın 1-də Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində elana çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a  bildirilib ki, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti, texniki nəzarətin təşkili üzrə müvafiq ixtisası olan şəxslər müsahibələrdə iştiraka dəvət edilir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və strukturuna daxil olan qurumlar üzrə müəyyənləşib.

Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 30-nadək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=516 

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=517  

Digər məqalələr
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı
Ətraflı
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata ke
Ətraflı
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Azərbaycanda istixanalar üçün yeni pomidorlar - SINAQLARI BAŞLAYIB
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. FED.az xəbər verir ki,
Ətraflı